All for Joomla All for Webmasters

Sabunçu məktəblilərinin sağlamlıq Forumu keçirildi

s11

Gənclər üçün Təhsil Mərkəzi Sabunçu rayonunda növbəti “Məktəblilərin Sağlamlıq Forumu”nu təşkil etmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəklədiyi layihə çərçivəsində keçirilən Foruma rəsmi şəxslərlə yanaşı, yüzlərlə məktəbli qatılmışdır.

İki hissədən ibarət olan Forumun keçirilməsində əsas məqsəd məktəblilərin sağlamlığının qorunmasına, fiziki tərbiyəsinin artılmasına, habelə onların zərərli vərdişlərdən uzaqlaşdırılmasına və sağlam həyat tərzi keçirmələrinə kömək etmək olmuşdur.

Forumun birinci hissəsində Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə, Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Anar Xəlilov, Şura Katibliyinin məsul işçisi Həsən Səmədov çıxış edərək, yeniyetmə və gənclərin sağlamlıq məsələsinə dövlət tərəfindən daima diqqət ayrıldığını və bu cür tədbirlər vasitəsilə maarifçilik işlərinin geniş formada aparıldığını diqqətə çatdırmışlar. Bildirmişlər ki, əhalinin sağlamlığının qorunması istiqamətində qeyri-hökumət təşkilatları dövlət qurumları ilə birgə səy göstərir və bu Forum deyilənlərə bariz nümunədir. Əlavə edilmişdir ki, sözügedən forumlarla yanaşı, məktəblilər üçün pulsuz tibbi müayinələr, məsləhət saatları, habelə məktəblilər arasında sağlamlıqla bağlı yazı müsabiqələri, sərgilər, maarifləndirici kampaniyalar və s. də təşkil olunacaq.

Forumun ikinci hissəsində təcrübəli həkimlər – Nərgiz Cabbarova və Attila Quliyevin məruzələri dinlənilmiş, təqdimatlarına baxılmışdır. Daha sonra, məktəblilər onları maraqlandıran suallar ətrafında ekspertlərlə fikir mübadiləsi aparmışlar.

Forum çərçivəsində məktəblilərə zəruri olan maariflənd

irici materiallar paylanmışdır.

Qeyd edək ki, Bakı şəhərinin Nərimanov, Binəqədi, Nəsimi, Səbail, Sabunçu rayonlarında təşkil olunmuş Forumlar yaxın günlərdə Xəzər və Nizami rayonlarında da keçiriləcək.

 

Mətbuat Xidməti