All for Joomla All for Webmasters

Xəzər rayonunda “Məktəblilərin Sağlamlıq Forumu” keçirilir

3

Gənclər üçün Təhsil Mərkəzi Xəzər rayonunda növbəti “Məktəblilərin Sağlamlıq Forumu”nu təşkil edib.

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə çərçivəsində keçirilən Forumun əsas məqsədi məktəblilər arasında sağlamlıq mədəniyyətinin formalaşması, onların insan orqanizminə zərərli vərdişlərdən uzaqlaşdırılmasına kömək etməkdir.

2 hissədən ibarət olan Forumu giriş sözü ilə Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə açdı. O, həyata keçirilən Forumun əhəmiyyəti barədə iştirakçılara məlumat verdi. Qeyd etdi ki, Forum Xəzər rayonunda öncə, Bakının Nərimanov, Binəqədi, Səbail, Nəsimi, Sabunçu və Nizami rayonlarında da keçirilib. F.Həsənzadə Azərbaycan uşaq, yeniyetmə və gənclərin sağlam inkişafı istiqamətində görülən işlər, bu istiqamətdə QHT-dövlət əməkdaşlığına dair müsbət təcrübələri Forum iştirakçıları ilə bölüşdü. Bildirdi ki, məktəblilərin sağlamlığı dövlət üçün prioritet olduğu kimi, statusunda asılı olmayaraq, hər bir təşkilat, eləcə də ailələr bu məsələdə ciddi səy göstərməlidir. Bütün işləri dövlət qurumlarının üzərinə yönəltmək düzgün olmaz. Hər bir kəs öz məsuliyyətini dərk etməli və gənc nəslin sağlam böyüməsinə xidmət etməlidir.

Daha sonra Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev çıxış edərək bildirdi ki, gənclər arasında sağlam həyat tərzinin təbliği istiqamətində aparılan işləri, habelə təşkil olunmuş bu Forumun əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, təcrübəli həkimlərin iştirakı bu cür forumların ayrı-ayrı rayonlarda keçirilməsi və çoxlu sayda məktəblini əhatə etməsi təqdirəlayiq haldır.

Digər çıxış edənlər də, məktəblilərin sağlam həyat tərzi keçirməsi üçün dövlət qurumlarının, məktəblərin, QHT və KİV-lərin, o cümlədən valideynlərin birgə əməkdaşlıq etməsinin zəruri olduğunu vurğuladılar.

Forumun ikinci hissəsində həkimlər – Nərgiz Cabbarova və Attila Quliyevin məktəblilər üçün düzgün qidalanma, şəxsi gigiyena, zərəli vərdişlərlə mübarizə və digər mövzulara həsr olunmuş məruzələri dinlənildi, video materillar nümayiş etdirildi. Daha sonra, interaktiv metodla məktəblilər arasında fikir mübadiləsi aparıldı. Məktəbliləri maraqlandıran suallar cavablandırıldı.

Forum çərçivəsində məktəblilərə zəruri olan maarifləndirici materiallar paylandı.

 

Mətbuat Xidməti