All for Joomla All for Webmasters
1

“Gəncə – 2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində Gənclər üçün Təhsil Mərkəzinin Gəncə Regional ofisi Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təhsilə dəstək kampaniyası olaraq gəncləri, əsasən də tələbələri hədəf götürən “1inci club” layihəsinin təqdimat mərasimi keçirib.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri Həsən Məmmədov və Kənan Məmmədov, Gəncə Türk  Konsulu Orhan Işık, Gəncə Beynəlxalq Hospitalının direktoru İlyas Həsənov, Gəncə Tibb Kollecinin direktoru  Mehman  Rzayev, layihənin rəhbəri Ənvər Yavəroğlu və digər rəsmi qonaqlar, QHT nümayəndələri, universitet müəllimləri, tələbələr və KİV nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional ofisinin rəhbəri Aygün Həsənzadə dövlətimiz tərəfindən ölkəmizdə  gənclərin inkişafı naminə yaradılan imkan və şəraitdən  danışıb. Bildirib ki, layihənin məqsədi gənclərin asudə vaxtlarından maksimum istifadə etmələrinə şərait yaratmaqla, onlarda intellektual və peşəkar bacarıqların artırılması, sağlam həyat tərzi və sağlam düşüncə aşılayaraq, onlarda sağlam vətəndaş mövqeyi  formalaşdırmaqdır.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri Həsən Məmmədova və Kənan Məmmədov, Gəncə Türk Konsulu Orhan Işık,  Gəncə Beynəlxalq Hospitalının direktoru İlyas Həsənov, Gəncə Tibb Kollecinin direktoru  Mehman  Rzayev, layihənin rəhbəri Ənvər Yavəroğlu və digər rəsmi qonaqlar çıxş edərək layihənin əhəmiyyətini vurğulayıblar. Bildiriblər ki, bu qəbildən olan layihələr gənclərdə fərdi inkişaf, motivasiya, liderlik, ixtisas seçimi və işqurma bacarıqlarını inkişaf etdirir.

Çıxışlardan sonra simvolik “1inci kart” qonaqlara hədiyyə olunub.

Sonra layihənin rəhbəri Ənvər Yavəroğlunun maraqlı motivasiyalı təlimi iştirakçılar tərəfində maraqla qarşılanıb. Sonda xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, layihənin 10-na yaxın (“Gəncə – 2016 Avropa Gənclər Paytaxtı” İB-i, Cinemaplus, Başkend restoranı, Alyans studiya, Gəncə Beynəlxalq Hospitalı və s.) tərəfdaşı var.