All for Joomla All for Webmasters
Gənclər üçün Təhsil Mərkəzi Avropa Gənclər Fondunun maliyyə dəstəyi iləcari ilin yanvar ayından başlayaraq ölkənin bir neçə bölgəsində “Gənclər zorakılığa qarşı” adlı layihəni icra etmişdir.
Bu günlərdə başa çatan layihə çərçivəsində gənclər arasında məişət zorakılığa qarşı maarifləndirici tədbirlər keçirilmiş, onlara zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində zəruri məlumatlar verilmişdir.
Maarifləndirmə tədbirləri çərçivəsində “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edilmiş, gənclərlə fikir mübadilələri təşkil olunmuşdur.
IMG_0188
IMG_0170
IMG_0486